Qətərin energetika naziri Səad əl-Kəəbi ABŞ-ın maliyyə naziri Skott Bessentin Hörmüz boğazının iki ildən sonra əhəmiyyətini itirəcəyi barədə açıqlamasını yanlış adlandırıb.
“İki sahil”in "Bloomberg"ə istinadən məlumatına görə, nazir bu barədə bazar günü Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda danışıb. "Düşünürəm ki, bu, tamamilə yanlışdır", – deyə Əl-Kəəbi bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı yalnız neft və qaz ticarəti üçün deyil, digər növ malların daşınması baxımından da mühüm marşrutdur. Buna görə də boğaz öz əhəmiyyətini itirə bilməz. Bundan əvvəl Bessent bildirib ki, ölkələr boru kəmərləri və digər alternativ marşrutlar inkişaf etdirəcəkləri üçün iki ildən sonra boğaz "faydasız su ərazisinə" çevriləcək.
Əl-Kəəbi həmçinin qeyd edib ki, Qətər hazırda Hörmüz boğazından yan keçən yeni boru kəmərlərinin tikintisini planlaşdırmır. Onun sözlərinə görə, boğazdan istifadə ilə bağlı qərar kommersiya və texniki amillər nəzərə alınaraq qəbul edilib.
Nigeriyada silahlı şəxslərin törətdiyi hücumlar nəticəsində azı 9 nəfər öldürülüb
İran ordusu Hörmüz boğazı üzərində “Orbiter” kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb