15 avqust 2022 14:10
539

"Çelsi" azarkeşləri tanınmış referinin işdən çıxarılması üçün petisiya başladıb

İngiltərənin "Çelsi" klubunun azarkeşləri Premyer Liqanın II turunda "Tottenhem"lə oyunu idarə edən hakim Entoni Teylorun işdən çıxarılmasını tələb ediblər.

“İki sahil” xəbər verir ki, fanatlar bunun üçün petisiyaya başlayıblar.

Tərəfdarların fikrincə, 44 yaşlı referi "Tottenhem"in iki qolunu saymamalı idi. Həmçinin bildirilib ki, Teylor "zadəganlar"a qarşı mühüm matçlarda mübahisəli qərarlar verib: "O, kluba zərər vermək istəyir. Bu hakimə "Çelsi"nin oyunlarını idarə etmək icazəsi verilməməlidir".

Petisiya indiyədək 90 mindən çox imza toplayıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. London derbisi hər iki komandanın baş məşqçisi italyan Antonio Konte və alman Tomas Tuxel arasında insidentlə yekunlaşıb. Final fitinin ardından hər iki mütəxəssis qırmızı vərəqə ilə cəzalandırılıb.