16 avqust 2022 15:22
561

Azərbaycanla Serbiya turizm əlaqələrinin genişləndirilməsini müzakirə edib

Azərbaycan və Serbiya arasındakı postpandemiya dövründə turizmin bərpası, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri, eləcə də təcrübə mübadiləsi məsələləri avqustun 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında müzakirə olunub.

Bu barədə “İki sahil”ə Dövlət Turizm Agentliyindən bildirilib.

Görüşdə F. Nağıyev bu ilin əvvəlindən turizm sənayesinin bərpası fonunda turizm gəlmə statistikasında əsaslı artımın olmasını və yanvar-iyul aylarında ölkəyə gələn xarici vətəndaşların sayında ötən illə müqayisədə 128 % artım olduğunu qeyd edib.

Səfir Draqan Vladisavlyeviç turizm əlaqələrinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüş çərçivəsində pandemiyadan sonra hər iki ölkədə turizm sənayesinin bərpası istiqamətində görülən tədbirlər və turizm sahəsində birgə fəaliyyət planının işlənib hazırlanması üzrə fikir mübadiləsi aparılıb.