17 avqust 2022 15:03
526

Bakıda qəza baş verib, yollarda sıxlıq yaranıb - FOTO

Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində (körpünün üstü) baş verib.

Bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.