19 avqust 2022 03:21
797

Görürəm və hiss edirəm...

Empatların adi insanlardan fərqi nədir?

Empatiya özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya, eyni zamanda, başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur.

Empatiyanın əksi aleksitimiyadır. Yunan sözü olan empatiya termini “fiziki bağlılıq, meyil” anlamına gəlir. Empatiya qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır. Həqiqətləri nə qədər gizlətməyə çalışsanız da, empatlar həqiqi hədəfləri, düşüncələri və niyyətləri tanıyır. Onları başqalarından fərqləndirən cəhət budur. Empatlar bu planetin ən istedadlı insanlarından biridir. Bu insanlar yaxınlarına müsbət təsir göstərir. Bu təsir bəzən onların həyatını tamamilə dəyişdirmək gücünə malikdir və ya əksinə, hər şeyi yoluna qoyur.

Tanışlarınız arasında empatiya duyğusu olan varsa, yəqin ki, yalan danışmağın faydasız olduğunu bilirsiniz. Elə görünür ki, ətrafdakıları tamamilə fərqli bir şəkildə qəbul edirlər. Bunun sayəsində adi insanların nədə bacarıqsız olduqlarını görə və hiss edə bilirlər. Bəzən empatlar yalana inandığını göstərə bilər. Amma bu, o demək deyil ki, baş verənləri görmürlər. Bəli, onlar ümumiyyətlə, çox mehribandırlar və bunu rəhbər tutaraq qarşıdakı insana anlayış göstərirlər. Ancaq bu, maskanızın arxasında gizlənənləri görə bilmədikləri ilə bağlı deyil.

Empatlar həmişə insanların yalnız müsbət cəhətlərini görməyə və bu dünyanı daha yaxşı bir yerə çevirməyə çalışırlar. Odur ki, zaman-zaman ətrafındakılara bu və ya digər yalanın başqa insanlara zərər verməyəcəyindən əmindirsə, onların yalan danışmasına icazə verirlər. Ancaq buna yalnız müəyyən bir həddə qədər icazə verirlər. Empatlar əsla icazə vermirlər ki, həyati vacib olan məsələlərdə onlara yalan deyəsiniz. Niyyətiniz çirkindirsə, heç bir halda yalanınızı görməzdən gəlməyəcəklər. İnanın, empatlar pis sözlər və əməllərinizə özünüzdən daha çox haqq qazandırmağa meyillidir. Ətrafınıza buraxdığınız dumanın arxasında nələr baş verdiyini görürlər. Empatlar həqiqətin tezliyinə “uyğunlaşdırılmış” olduğundan, ətraflarında baş verən hər şeyi daha dərin səviyyədə - digər insanların sözlərini, düşüncələrini və əməllərini də başa düşürlər. Ancaq sizə qarşı nə qədər mehriban olsalar da, imkan daxilində heç vaxt başqalarının zərər görməsinə imkan vermirlər.

Bütün empatlar təbiətcə şəfaverici olduğundan ruhunuzu yaxşılaşdırmağa çalışa daha yaxşı, xeyirxah və nəcib olmağın gətirdiyi üstünlükləri göstərə bilərlər. Bununla birlikdə onlar müalicəvi sehrinin bütün hallarda işə yaramadığını və bəzən onlar üçün qalan yeganə yolun uzaqlaşmaq olduğunu da bilirlər. Ancaq bunu yalnız son vasitə olaraq edirlər. Onlara dəfələrlə yalan danışsanız da dəyişə biləcəyinizi hiss etsələr, yenə də kömək əlini uzatmağa hazır olacaqlar və bu, heyranlıq doğurmaya bilməz. Empatlar qərəzsiz və fədakardırlar. Təəssüf ki, bir çox insan bundan faydalanmağa çalışır.

Ancaq yalanınız digər insanları incitmişsə empatlar heç bir tərəddüd və şübhə etmədən rolunuzu aşkar edə bilər. Empatlar yalnız bir halda susa bilər, əgər ona həqiqətən dəyişdiyinizi və yalanlarınızın nəticələrini ödəməyə hazır olduğunuzu sübut edə bilsəniz. Onlar yalanlarınızı üzünüzə vurmayıbsa bu, o demək deyil ki, olanlardan bixəbərdilər. İnanın, onların yaddaşı əladır. Onlara ümumiyyətlə, yalan danışmamaq daha yaxşıdır.

Cavid Əkbərov, “İki sahil”