Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftə (29.08-02.09.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
“İki sahil”in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin 1-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 11:00-dan 12:00-dək Tovuz şəhərində (Şəhər Parkı) 3-cü günü saat 11:00-dan 12:00-dək Qazax şəhərində (Heydər Əliyev prospekti, Mərkəzi Xəstəxananın yanı), 4-cü günü saat 11:00-dan 12:00-dək Ağstafa şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Daşkəsən şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb