06 sentyabr 2022 13:58
540

Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır

Azərbaycan qaz ehtiyatı baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Və ölkə iqtisadiyyatının belə fasiləsiz inkişafı Azərbaycanın digər ölkələrlə əməkdaşlığına, yeni yeni layihələrə imza atılmasına və uğurlu xarici siyasətin aparılmasına təkan vermişdir. Avropa İttifaqının nisbətən az qaz ehtiyatı var. Faktiki olaraq, təkcə Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi qaz ehtiyatlarının 75 %-dən çoxuna bərabərdir.

Bu layihələr təkcə ölkə və region üçün əhəmiyyət daşımır. Həmçinin onların böyük qlobal əhəmiyyəti var.  Cənab prezident İlham Əliyev Cənub Qaz Dəhlizi haqqındakı çıxışında söyləmişdi ki bu layihələr nəinki Avropanın enerji xəritəsini dəyişəcək, Azərbaycan və region ölkələri üçün də əlavə imkanlar açacaq. Hal hazırda isə ölkəmiz, nəinki regionun, dünyanın ən qabaqcıl neft ixracatçılarından birinə çevrilib. 2022-ci ilin yanvar-may aylarında hasilat 19,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% çoxdur. 2021-ci ilin yekunlarına əsasən qaz hasilatı 18,1% artaraq 43,9 milyard kubmetr təşkil edib. BP şirkətinin icmalında 2019-cu ilin sonuna Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,8 trilyon kubmetr həcmində qiymətləndirilir. İcmala əsasən, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın qaz ehtiyatları 2,1 trilyon kubmetr həcmində qiymətləndirilib. Beləliklə, il ərzində qaz ehtiyatları 0,7 trilyon kubmetr və ya 33,3% artıb. Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Hal hazırda da ölkəmizdə yeni qaz yataqlarının kəşf olunması, digər ölkələrə qaz ixracına verilən növbəti təkandır. Ölkəmizin qaz ixracına görə öndəgələn “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” kimi yataqları var. Yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 183 milyard kub metr, “Şahdəniz”dən isə 145 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kub metrdən çoxu ixraca nəql.edilib. Ölkədə neftin emala təhvili 2021-ci ilin yanvar-iyun ayında 3,3 milyon ton təşkil edib. Neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 276,3 min ton çox olub.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı