Səhər qardaşıma zəng etdim telefonu başqası açdı, bir kəlmə dedi ki, qardaşının qisasını almışıq.
“İki sahil” xəbər verir ki, bunu şəhid Səbuhi Əhmədovla birlikdə uşaq evində böyüyən qardaşı Sənan Əhmədov deyib.
O bildirib ki, onların iki yaşı olanda valideynləri vəfat edib və onlar SOS kəndində böyüyüblər:
"Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Gizir idi. Həmişə dediyini edərdi. 3 gün olardı zəng etmişdi ki, düşmən tərəfdə atışma var. Elə həmin günün səhəri zəng elədi, danışdıq. Dedi tez aç, imkan olmayacaq. Sentyabrın 13-ü zəng elədim artıq qardaşım şəhid olmuşdu. 25 yaşı var idi. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq".