SOCAR-ın əməkdaşının oğlu Fərid Quliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.
SOCAR bununla bağlı əməkdaşına başsağlığı verib.
"İki sahil"in SOCAR-ın rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, paylaşımda qeyd olunur ki, SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin əməkdaşı, həmkarımız Vahid Quliyevin oğlu Fərid Quliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur!
SOCAR ailəsi adından şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah şəhidlərimizə rəhmət eləsin!