Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il sentyabrın 21-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və iki ölkə arasında neft-qaz sektorunda səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüş zamanı xam neft və neft məhsullarının ticarəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb