22 sentyabr 2022 22:24
304

Prezidentin gələcəyə aydın baxışı və qətiyyəti sayəsində Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın regional və qlobal miqyasda ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rolu əhəmiyyətli dərəcədə artıb. Artıq beynəlxalq səviyyədə də etiraf olunur ki, ölkəmiz region üzrə təhlükəsizlik, qarşılıqlı inam və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin səyləri nəticəsində yaradılan müasir infrastuktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib. Respublikamız öz ərazisindən qonşu ölkələrə doğru uzanan magistral yolları yüksək səviyyədə yenidən qurmaqla həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin funsionallığının artmasında əhəmiyyətli rol oynayır.

Qeyd etmək lazmdır ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkəmizin tranzit imkanlarının genişləndirilməsi məqsədilə icra olunan ən böyük infrastruktur layihələrindən biridir. Bu liman vasitəsilə Avropadan Asiyaya və əksinə yüklərin real vaxt rejimində və daha cəlbedici tariflərlə daşınmasına yeni imkanlar açıb. Təsadüfi deyil ki, limanın açılışından qısa vaxt ötsə də, onun fəaliyyətinə beynəlxalq miqyasda böyük maraq yaranıb. Bakı Beynəlxalq Dəniz Ticarət limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında isə Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

Perspektivdə Zəngəzur dəhlizinin yaradılması ilə Azərbaycanın tranzit imkanları daha da artacaq. Bu dəhliz Azərbaycanın tranzit imkanlarının genişlənməsi və region dövlətləri arasında əməkdaşlığın dərinləşməsi baxımından böyük aktuallıq daşıyır. Həmçinin Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Yeni dəhlizin açılması ilə Azərbaycanla Türkiyə arasında ikinci dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, qonşu və daha geniş coğrafiyada olan dövlətlər də Zəngəzur dəhlizindən bəhrələnə biləcəklər.

Ümumilikdə görülən işlər Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir. Həmçinin Azərbaycan bu streateji nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində davamlı invesrtisiya yatırmaqla öz üzərinə düşən vəzifələri yerinə yetirir. Son illər ərzində Bakı-Tblisi-Qars dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın istifadəyə verilməsi və azad iqtisadi zonanın yarıdımması nəticəsində Azərbaycanın kommunikatriv rolu artıb. Davam etdirilən işlər ölkəmizin Mərkəzi Asiyanı Qərblə, Cənubi Asiyanı isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevrilməsini şərtləndirib. Nəticə etibarilə, Prezident İlham Əliyevin gələcəyə aydın baxışı və qətiyyəti sayəsində Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb. Hazırda Avrasiyanın strateji yolları Azərbaycanla kəsişir və ölkəmiz qitələri qovuşduran məkan qismində çıxış edir.

Rəşadət Xalıqov,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini