26 sentyabr 2022 22:15
491

Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin müavini ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini C.Kahl ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.