Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tviter hesabında 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
"27 sentyabr - Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlaından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik", - paylaşımda qeyd edilib.
Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur