28 sentyabr 2022 23:48
396

Ərdoğan sabah Putinlə "referendum"ları müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki,  bu barədə o, “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, bu danışıq Türkiyənin təşəbbüsü ilə baş tutacaq və o rusiyalı həmkarı ilə Ukraynadakı son vəziyyəti, xüsusən də Ukrayna regionlarında baş tutan “referendum”ları müzakirə edəcək:
“Mən sülh mövzüsünda ümidsiz deyiləm. Dərhal belə nəticə əldə edəcəyimizi söyləmək xəyal olardı. 4 şəhərdə keçirilən referendum hadisəsi bəla gətirir. Kaş belə bir referendum keçirilməyəydi. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik. Cənab Putinə “Krımda yoldaşlarımız var, atdığınız addım düzgün deyil” dedik, amma alınmadı. Cənab Zelenski də 4 regionda referendumla bağlı dəstəyimizi istəyir. Dostlarım əlaqə saxlayacaq və mən sabah Putinlə bu məsələləri ətraflı müzakirə etmək istərdim”,- deyə Ərdoğan bildirib.