29 sentyabr 2022 14:01
409

Anri: VAR qolun bütün sevincini öldürür

Fransa millisinin sabiq oyunçusu Tyerri Anri VAR-ın futbolun inkişafına mənfi təsir göstərdiyi barədə fikirlərini bölüşüb. 

“İki sahil” xəbər verir ki, o,  "L'Équipe" nəşrinə müsahibəsində deyib ki, bu sistemin mövcudluğu oyundan zövq almağı çətinləşdirir: “Qol vurdun və bunu qeyd edib-etməyəcəyini belə bilmirsən. Xoşbəxtlikdən tullanmaq olar? Sevinmək olar? Yoxsa bunu qeyd etməyə dəyməz? VAR qolun bütün sevincini öldürür".