12 noyabr 2026 10:26
95

“ORDU” CEV Çelenc Kubokuna qələbə ilə başlayıb

Kişi voleybolçulardan ibarət “ORDU” klubu 2026–2027-ci illər mövsümündə CEV Çelenc Kubokunda mübarizəyə qələbə ilə başlayıb.

1/32 final mərhələsinin ilk oyununda Norveçin “Forde VBK” klubu ilə qarşılaşan təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edib. Norveçin Forde şəhərində keçirilən görüşdə komandamız setləri müvafiq olaraq 25:11, 25:17 və 25:19 hesabları ilə qazanıb.

Beləliklə, “ORDU” klubu turnirdə növbəti mərhələyə yüksəlmək yolunda mühüm üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 19-da saat 18:00-da Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

CEV Çelenc Kuboku – kişilər

1/32 final mərhələsi, ilk oyun

11 noyabr 2026-cı il

“Forde VBK” – “ORDU” – 0:3 (11:25, 17:25, 19:25)

Məkan: Forde, Norveç.