29 sentyabr 2022 14:09
398

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Azərbaycan silahlı qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordudur.

Heydər Əliyev,
Ümummilli Lider

44 günlük Vətən müharibəsi şanlı tariximizdir, şəhidlərin məzarları əbədi ziyarətgahımız, qazilərimiz iftixarla anılan qürur mənbəyimizdir və aldığımız hər nəfəs, onların verdiyi son nəfəsə borcludur!

Beləliklə mövzuya keçid alaraq vurğulamaq lazımdır ki, son 19 ilə yaxın müdət ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev xalqımıza Zəfər sevincini yaşatması yeni əsrimizin ən yadda qalan tarixi hadisəsi oldu. Fərəhli haldır ki, xalqımızın sərgilədiyi sarsılmaz monolit birliyi və həmrəyliyi sayəsində 44 günlük ikinci Qarabağ müharibəsində tarixi Qələbəmizi şərtləndirən əsas amillər sırasında xüsusi yer tutdu.

Ulu öndərimizin ən böyük arzusu torpaqlarımızın  düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Həmin an 2020-ci ilin noyabrında yetişdi. Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Müzəffər Ali Baş Komandanımız yaratdığı möhkəm iqtisadi təməllər əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaradıldı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı.  Məhz iqtisadi gücümüzlə müdafiə sənayesi inkişaf etdirildi, müdafiə potensialımız daha da artdı və bununla da rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən  azad Qarabağda, azad Şuşada qürurla dalğalanmağa başladı.

Bu yerdə aşağıdakı misarlar tam yerinə düşür:

“Qarabağım, gözəl Şuşam talan oldu,

Təbriz dərdi, Dərbənd dərdi yalan oldu.

Qalx ayağa, vətən oğlu, sən qisas al,

Qalib zəfər bayrağını zirvəyə çal.”

Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı dünyaya səs saldı.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ərazi bütövlüyümüz əsasən təmin olundu, milli qürurumuz, mənəvi kimliyimiz özümüzə qayıtdı. İnanırıq ki, Milli Qurtuluş Günündən başlanan inkişaf yolu Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq. Bir fikri də xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin, ölkəmizdə dinamik inkişafı hərtərəfli özündə ehtiva edən Möhtərəm Prezidentimiz İlham Əliyevin formalaşdırdığı strateji strategiyası dayanır.

Dövlət başçısı bu inkişaf modelini daha da təkmilləşdirərək çağdaş dünyamızın yeniliklərini yaxından mənimsəyərək Azərbaycanı innovasiyalar ölkəsinə çevirdi. Bu inkişaf sayəsində, elmi-texniki tərəqqi, müdafiə sənayesində tədbiq edilən yeni texnoloji silahlar möhtəşəm zəfərimizdə birmənalı olaraq öz sözünü də dedi.

Həmçinin, hazırda ölkəmizdə yaranmış yeni siyasi konfiqurasiya çərçivəsində dünya azərbaycanlılarının şəriksiz lideri möhtərəm Prezidentimiz başlatdığı dərin islahatlar siyasəti, əldə edilmiş tarixi Zəfər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Müzəffər Ali Baş Komandanımızın, bu bir faktdır ki, qətiyyəti, fədakarlığı və qəhrəmanlığı, o cümlədən müdrik sərkərdəliyi ilə xalqımızın dəmir yumruqda birləşən gücü və ordumuzun qüdrəti sayəsində ərazi bütövlüyümüz təmin edildi, ölkəmizin beynəlxalq arenada nüfuzu qat-qat yüksəldi.

Sonda çox nikbinliklə vurğulaya bilərik ki, Möhtərəm Prezidentimizin rəhbərliyi altında işğal altında uzun illər qalmış torpaqlarımızı, viran qalmış şəhər və kəndlərimizi yenidən dirçələcəyinə və o yerlərə həyat və səmimi uşaq gülüşlərinin qaytarılacağına ürəkdən inanırıq.

Bu yolda canlarını Vətən yolunda fəda etmiş cəmi bütün şəhidlərimizə Allah rəhmət diləyirik, onların ruhları şad, məkanları cənnət olsun! Amin!

Deyirlər şəhidlər ölmür, unudulmadıqca yaşayırlar. Əslində onlar elə diridir və xatırlandıqca biz də dirilirik! Onları, həm də Anım Günündə yalnız bir dəqiqə ilə deyil, bir ömür anmalıyıq!

Şair demişkən: 

“Bayraqları bayraq edən üstündəki qandır.

Torpaq, əgər uğrunda ölən varsa vətəndir!”

Odur ki, müqəddəs kitablarda da yazıldığı kimi, “əgər torpağı əkib-becərməsən, onu qorumağa dəyməz, qorumasan, onda da əkib-becərməyə dəyməz”. Bu müqəddəs vətən millətin evi, millət də vətənin ailəsidir. Vətən, həmçinin, bizi qoruyan anadır, bizlər də onun övladlarıyıq, vətənin azadlığı uğrunda canımız vətənə hər zaman fəda olsun!

Birlikdə güclüyük! Qarabağ Azərbaycandır!

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilatının sədr müavini
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert