29 sentyabr 2022 14:20
252

Kreml “Şimal axını”nda baş verən insidentləri terror aktı adlandırıb

Kreml “Şimal axını” qaz boru kəmərlərini baş verən insidentləri terror aktı adlandırıb.

“İki sahil” xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bunun arxasında hər hansı dövlətin ola biləcəyini istisna etməyib.

“Dağılmanın miqyası göstərir ki, bu, həqiqətən də bir növ terror aktıdır və əlbəttə ki, bu cür terror aksiyasının hansısa dövlətin iştirakı olmadan baş verə biləcəyini təsəvvür etmək çox çətindir”, -deyə Kremlin sözçüsü vurğulayıb.