29 sentyabr 2022 17:48
294

Azərbaycan-Polşa biznes forumunun keçirilməsi imkanları müzakirə olunub

Azərbaycan-Polşa biznes forumunun keçirilməsi imkanları müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “İki sahil”ə verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə AZPOMO-nun rəhbəri Yusif Abdullayev arasında aparılıb.

Tərəflər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsini də nəzərdən keçiriblər.

Yusif Abdullayev Agentliyin fəaliyyəti, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.