29 sentyabr 2022 21:48
374

Daha bir ölkə öz vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib

İtaliyanın Moskvadakı Səfirliyi öz vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında müvafiq məlumat yerləşdirilib.

“Beynəlxalq aləmdə baş verən son hadisələr, Rusiya ilə hava və yol əlaqəsində artan çətinliklərlə əlaqədar vətəndaşlara bu ölkədə zərurət olmadığı təqdirdə ölkəni tərk etmələri tövsiyə olunur”, - məlumatda ​​deyilir.