Estoniya 2023-cü ildən Rusiya qazını almaqdan imtina edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirib.
Müvafiq qərarı hökumət rəsmisi bu gün açıqlayıb.
“İndi bu, (tədarük qadağası - red.) hüquqi qüvvəyə malik tədbir kimi təsbit edilib. Yanvarın 1-dən Estoniya Rusiya qazına qarşı milli sanksiya tətbiq edəcək”, - o deyib.
Nazir əlavə edib ki, məhdudiyyətlərin məqsədi Rusiyaya təzyiq göstərmək və Ukraynada hərbi əməliyyatları dayandırmaqdır. “Təbii qaz Rusiya üçün mühüm gəlir mənbəyidir və Avropa İttifaqına təsir rıçağı kimi istifadə olunur”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, qadağa ev təsərrüfatlarına təsir etməyəcək, lakin əməliyyat lisenziyası Estoniya qaz şirkətlərinə təzyiq göstərə bilər.