24 sentyabr 2026 18:38
91

Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin

ABŞ Dövlət Departamenti Amerika prezidenti Donald Trampın süni intellektin adının dəyişdirilməsi barədə qərar elan etməsindən sonra amerikalı diplomatları "süni intellekt" ifadəsi əvəzinə "superintellekt" terminindən istifadə etməyə məcbur edib.

“İki sahil” xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi sənədə istinadla məlumat yayıb.

"Prezident Trampın BMT Baş Assambleyasındakı çıxışından sonra, xahiş edirik, müxtəlif məsələlər üzrə sənədlərimizdə və mövqelərimizdə bütün "süni intellekt" qeydlərini "superintellekt" ilə əvəz edin. Gələcəkdə biz bütün bəyannamələrdə, məsələlər üzrə mövqelərdə və mətbuat üçün materiallarda SI abreviaturasından istifadə edəcəyik", – deyə Dövlət Departamentinin əməkdaşlarının aldığı elektron məktubda bildirilir.