01 oktyabr 2022 14:19
4352

Güclü ordu, inkişaf etmiş iqtisadiyyat və milli birliyin olması şərtdir

Azərbaycan xalqı tarixini ən mürəkkəb sınaqlarıdan keçərək məs 27-Sentiyabr 2020-ci ildə Cənab prezident İlham Əliyevin humanist siyasəti sayəsində, Dəmir yumruq ətrafında cəm olaraq 30-ilə yaxın işğalda olan torpaqlarımızı azad etdi.  Qarabağ və ətraf rayonların işğalı nəticəsində on minlərlə gənclərimiz şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin".

Xalqımız, dövlətimiz, Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin, zabitlərimizin xatirəsini əziz tutur və hər zaman onları dərin ehtiramla yad edir.

"Bu baxımdan, Prezident İlham Əliyevin "27 sentyabr-Anım Günü" ilə bağlı imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. Milyonlarla insan ölkənin bütün şəhər və rayonlarında müqəddəs ziyarətgahlara çevrilmiş Şəhidlər Xiyabanına axışır, şəhidlərin ruhuna dualar oxunur.

İki il öncə sentyabrın 27-də, səhər saatlarında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi.

Bilirsiniz ki, 2020-ci ilin sentyabrın 26-da Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək, bizim yaşayış məntəqələrimizi,eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdular. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu. Əlbəttə, Azərbaycanın Müzəffər Ordusu onların qanını yerdə qoymadı. Biz öz torpağımızda vuruşuruq. Azərbaycan ordusu Azərbaycan torpağında düşmənə sarsıdıcı zərbələr endirir, ölkəmizin ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və Biz zəfər çaldıq. Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!"

Ali Baş Komandanın tarixi çıxışı, etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi, beynəlxalq miqyasda isə çaxnaşmalara səbəb oldu və gündəmin əsas müzakirə mövzusuna çevrildi.

Ermənistanın şər maşını işə düşdü. Baş nazir Nikol Paşinyanın yalvarışlarından sonra böyük dövlətlərin başçıları, beynəlxalq təşkilatlar bir-birinin ardınca Prezident İlham Əliyevə zəng edir, bəziləri isə yalançı faktlarla, həddən artıq canfəşanlıqla müharibənin dərhal dayandırılmasına çağırırdılar. Planetin ən nüfuzlu mətbuat orqanları, televizya kanalları Azərbaycana fokuslanmışdı.

Döyüş əməliyyatlarında olduğu kimi, informasiya müharibəsinə də bilavasitə Prezident İlham Əliyev başçılıq edirdi. Ölkə başçısının 40-a yaxın müsahibəsi Ermənistanın 100 ildən bəri formalaşdırdığı miflərin darmadağın olması ilə nəticələndi. Hətta, ənənəvi olaraq, açıq şəkildə ermənipərəst mövqeyi ilə seçilən mətbuat nümayəndələri, politoloqlar belə, cənab Prezidentin savadını, yüksək peşəkarlığını, diplomatik qabiliyyətini etiraf etmək məcburiyyətində qalırdılar.

Eyni zamanda, xarici ölkələrdə yaşayan soydaşlarımız mitinqlər, nümayişlər təşkil edir, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır, erməni diasporunun yalanlarını ifşa edirdilər.

Millət vəkilləri, ziyalılar, politoloqlar tərəfindən müxtəlif ölkələrin parlamentariləri, beynəlxalq təşkilatlara məktublar yazılır, dünya Ermənistan rəhbərliyinin provakativ davranışları, "Qarabağ Ermənistandır, nöqtə" , "Yeni ərazilər üçün yeni müharibə" tezislərinin müharibəyə səbəb olması ilə bağlı məlumatlandırılırdı. Bir sözlə, xalq bir nəfər kimi müharibəyə köklənmişdi. Ermənistanda 10 mindən artıq fərari qeydiyyata alınsa da, Azərbaycanda belə bir hala rast gəlinməmişdi.

Zəfər yolunun taleyüklü mərhələsi 27 sentyabrdan başlayır və 44 günlük Vətən müharibəsinin hər günü Müzəffər Ordumuzun irəliləyişi ilə tarixə düşüb. Hər günün yekununda xalq Ali Baş Komandanın canlı müraciətini böyük səbirsizliklə gözləyir, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, məhv olunmuş döyüş texnikalarının, silahların siyahısını həyəcanla dinləyirdilər.

Beləliklə, noyabr ayının 8-də hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşa şəhəri azad olundu. Noyabrın 10-da isə düşmən kapitulyasiya aktına imza atdı. Dünya erməniliyinin əsrlərdən bəri təbliğ etdiyi arzuları puç oldu".

Müharibədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir.

Ermənistan Zəngəzur dəhlizini açmaq istəmir, sərhədlərin delimitasiya, demarkasiya məsələlərinə başlamır, silahlıları Qarabağdan çıxarmır. Müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayınır, ağır məğlubiyyətdən nəticə çıxarmır və qlobal güclərin əlində "maşa" rolunu oynamaqda davam edir. Onların son təxribatları nəticəsində yenidən şəhidlər verdik və qisasımız da ermənilər üçün sarsıdıcı oldu.

Dünyada olduqca mürəkkəb proseslər gedir. Yeni dünya nizamı formalaşır və yeni qurulan təhlükəsizlik sistemində Azərbaycanın dövlət, milli maraqlarının qorunması üçün ən yüksək standartlara cavab verən ordunun, inkişaf etmiş iqtisadiyyatın, milli birliyin olması şərtdir.

Müşahidələr göstərir ki, Cənubi Qafqazda, Ermənistanla yanaşı, gərginliyin saxlanılmasında maraqlı olan kifayət qədər xarici qüvvələr var. Onlar sülhün yaranmasını, tarixi erməni məsələsinin gündəlikdən tamamilə çıxarılmasını öz geosiyasi maraqları üçün təhlükə olaraq görürlər. Ona görə də biz, xalq, dövlət olaraq, hər an xarici təhdidlərə hazır olmalı, artıq özünü hərb meydanlarında, diplomatik masada təsdiq etmiş Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməliyik.

Həsən Əliyev,
YAP Xətai rayon təşkilatının fəalı