03 oktyabr 2022 00:30
5288

Azərbaycan tarixi ədaləti bərpa etdi

Ermənistan Azərbaycana qarşı 200 ildən çoxdur ki, düşmənçilik və etnik dözümsüzlük siyasəti həyata keçirir. Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü dönəmdən etibarən xalqımıza qarşı başlamış yağı düşmənçilik siyasəti gizli və ya açıq şəkil alaraq davam edib. Ermənilər çar Rusiyasının əli ilə Qarabağda məskunlaşdırıldığı dönəmdən bəri bizim toponimləri dəyişməyə başlayıb. Münbit, əlverişli əraziləri ələ keçirməyə çalışıb və çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları ən müxtəlif üsul və vasitələrlə sıxışdırıblar. Ermənilər hələ İrəvana (Qərbi Azərbaycana) köçürülməmişdən öncə Qarabağda məskunlaşdırılıb.Rusiya inqilablarının yaratdığı ortamdan sui-istifadə edən fürsətkar erməni qəsbçiləri 1905-07-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vandalcasına qətliama uğradıb,soyqırım aktları törədib.1918-20-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi amansız qəddarlığı ilə yadda qalıb. 

İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda, hətta Arazın o tayında on minlərlə dinc azərbaycanlı əhali soyqırım aktına uğradılıb,yaşayış yerlərindən qovulub, işgəncələr görüb.Güney Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş soyqırımları heç də Arazın bu tayındakı soyqırım aktlarından geri qalmayıb. Urmuda,Xoyda,Səlmasda,Makuda, çoxluğunu azərbaycanlılar təşkil edən qəsəbələrdə,kəndlərdə də belə hadisələr törədilib.Coğrafi məkan qorxunc dərəcədə böyükdür və dünya erməniliyinin,onların himayədarlarının bu soyqırımları məqsədyönlü işlədikləri danılmaz faktdır.Sovet dövrü də davam edən erməni məkri və ermənistanlı siyasət Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından didərgin salınması “beynəlmiləl” Sovet dönəmində nəinki dayandırılıb,hətta davam və inkişaf etdirilib.Sovetləşmənin ilk aylarında Azərbaycan Zəngəzuru itirib.1948-1953-cü illərdə isə Ermənistanda – Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından 150 minə yaxın soydaşımız deportasiya olunub.Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib.1988-ci ildə daha 300 minə yaxın soydaşımız öz doğma el-obasından,yurdundan zorla çıxarılıb.Ermənistan faktiki monoetnik dövlətə çevrilib.1988-ci ildə başlayan Qarabağ hadisələri,erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı başıboş ideyasını gerçəkləşdirmək cəhdi kəndlərin,qəsəbələrin,şəhərlərin dağılması,on minlərə günahsız insanın ölümü,yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə sonuclanıb.Arazın hər iki tərəfindəki soyqırımlar uzun illər gizli saxlanılıb.Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırım siyasətinə Ümummilli lider ilk dəfə 26 mart 1998-ci ildə imzaladığı Fərmanla tarixi ayar vermiş oldu.  31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi.Xalqımız,dövlətimiz hər il Soyqırım qurbanlarını anır,yaddaşını təzələyir,beynəlxalq ictimaiyyəti bilgiləndirir.   

1988-1994-cü illər içində xarici havadarları tərəfindən açıq və gizli surətdə silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal edib.İşğal zamanı yaşayış məntəqələri dağıdılıb,dinc əhali amansızcasına qətl edilib.Ağdaban,Başlıbel,Bağanis-Ayrım,Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin əsl simasını göstərir.Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində 26 fevral – Xocalı Soyqırımı xüsusi qəddarlığı ilə seçilir.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri,bədnam 366-cı motoataıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirib.Xocalı Soyqırımında 613 nəfər,onlardan 106 qadın,63 azyaşlı uşaq, 70 qoca öldürüldu,8 ailə tamamilə məhv edilib,25 uşaq hər iki valideynini,130 nəfər valideynlərindən birini itirib,1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, neçə nəfər əsir və girov götürülüb, işgəncə görüb.24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu öz fəaliyyətinin 29 ili içində məsələnin həllinə yox, tam tərsinə - dondurulmasına çalışdı.Bununla da illərlə aparılan danışıqlar sonucsuz qalmış oldu. İşə baxın ki,işğalçı (Ermənistan) ilə işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi,Ermənistanla münasibətsizliklərə, işğala danışıqlar yolu ilə çözüm bulmağa çalışdı. Digər bir təşkilat – bu dəfə, dünyanın ən böyük təsisatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə faktiki acizlik nümayiş etdirdi.BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi (822, 853, 874, 884) 27 il kağız üzərində qaldı və icra olunmadı.27 sentyabrda başlayan müharibə ilə Azərbaycan Ordusu bütün acizlikləri aradan qaldırdı, BMT-nin, ATƏT-in etmədiyi,edə bilmədiyini özü 44 gün içindəcə etdi!

Bir milyondan çox dinc azərbaycanlı 30 il içində qaçqın və məcburi köçkün həyatı sürmə zorunda qaldı. Ermənistan silahlı qüvvələrinin (dünya erməniliyinin,onların çoxbaşlı havadarlarının dəstəyi ilə) Azərbaycan torpaqlarını işğal etməsi yurddaşlarımızı doğma el-obasından didərgin salmaqla yanaşı,ölkəmizin iqtisadiyyatına,mədəni irsinə də ağır zərbə vurdu.Ermənistan bu müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı duruma saldı, şəhər və kəndlərimizdə infrastruktur tamamilə məhv etdi,bizə milyardlarla dollar dəyərində maddi ziyan vurdu. Nə biz unudarıq, nə tarix unudar.İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı,Azərbaycanımızın əvəzsiz mədəniyyət abidələri də məhv edildi.Ermənistan tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji),292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq,22 arxeoloji,23 bağ,park, monumental və xatirə abidəsi,15 dekorativ sənət örnəyi) tarix və mədəniyyət abidələri olub.Bununla yanaşı,40 mindən artıq eksponatın toplandığı 22 muzey,4,6 milyon kitab fondu olan 927 kitabxana,808 klub,4 teatr və 2 konsert salonu,31 məscid,9 tarixi saray,8 mədəniyyət və istirahət parkı,4 rəsm qalereyası,85 musiqi məktəbi işğal olunmuş ərazilərdə illər uzunu viran qaldı.Uzun illər aparılan sülh danışıqları Ermənistanın qeyr-ciddi pozucu yanaşmaları üzündən bir sonuc vermədi.Silahlar dindi və bəlli oldu ki,sülhtanımayan Ermənistan və havadarları ləyaqətli müharibəni də apara bilmir.Ermənistan hərbi-siyasi rəhbərliyi,dünya erməniliyi 2016-cı ilin Aprel,2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz Döyüşlərindən nəticə çıxarmağı bacarmadı.Hər kəs görürdü ki, Azərbaycan dövləti və xalqı işğalla qətiyyən barışmayacaqdır.ermənilər bu döyüşlərdən nəinki nəticə çıxarmadı,üstəlik,respublikamıza qarşı diversiyaları davam etdirdi. Erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı,təxribatçı açıqlamalardan çəkinmədi.

44 günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi.Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri I Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri işğaldan azad etməyə başladı.44 gün davam edən II Qarabağ müharibəsi Şanlı Ordumuzun gücünü,dövlət-xalq birliyinin təntənəsini göstərdi.Azərbaycanın Zəfəri halal zəfərdir, xarici hərbi,iqtisadi dəstəyə əsaslanmır və xalq ruhunun yenilməzliyini,ordumuzun gücünü,Müzəffər Ali Baş Komandanın siyasi iradəsini təcalla etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi isə xüsusi unikal hadisə kimi dünya hərb elminin qızıl səhifəsinə düşdü. Ləyaqətli müharibə,yəni elektron hərb yeniliklərinin,konkret olaraq,PUA-ların tətbiqi ilə əski üsullar və əski silahların aparıcı rolu yararsızlaşdırılmış oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti,Rusiya Prezidenti və Ermənistanın baş naziri hərbi əməliyyatların tam dayandırılması haqqında Bəyanat imzaladı.44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı sonucunda 5 şəhər,4 qəsəbə,286 kənd,habelə Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt,Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi.Bəyanata müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçının işğalda qalan hissələri hərbi əməliyyatlarsız azad olundu.Vətən Müharibəsində 2907 hərbçimiz şəhid oldu,mindən çox əsgərimiz yaralandı,6 nəfər isə hələ də itkin sayılır.Şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyir,yaralı qazilərimizin öz sağlamlıqlarına qovuşmasını,itkinlərimizin tapılmasını Ulu Tanrıdan diləyirik.Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş,Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış,ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə,bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev Vətən Müharibəsinin başlandığı günün 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. 02.12.2020-ci ildə imzalanmış bu Sərəncam şəhid ruhlarına,şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Eyni zamanda,paytaxtımızda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunur.Bakıda,şəhərimizin ən gözəl yerlərinin birində II Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır.“Dəmir Yumruq” abidəsi isə artıq işğaldana zad olunmuş şəhər və kəndlərimizə yaraşıq verməkdədir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş,vəzifə borcunu ləyaqətlə və vicdanla,döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Yüksək “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal (“Vətən Müharibəsi Qəhrəmanı”,“Cəsur döyüşçü”,“Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”,“Füzulinin azad olunmasına görə”,“Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,“Şuşanın azad olunmasına görə”,“Kəlbəcərin azad olunmasına görə”,“Ağdamın azad olunmasına görə”,“Laçının azad olunmasına görə”,“Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”) təsis olunub.

Azərbaycana qarşı hərbi təcavüz və ərazilərinin beşdə birinin təqribən 30 il ərzində davam etmiş işğalı Azərbaycanda sosial-iqtisadi sahəyə ciddi ziyan vurmuşdur.Çox sayda itkilərə və işğal edilmiş ərazilərdən bütün azərbaycanlıların etnik təmizlənməsinə səbəb olmuş bu təcavüz ölkə əhalisinin yaddaşında dərin izlər buraxmışdır.Həmçinin,fiziki infrastruktur məhv edilmişiqtisadi və sosial şəbəkələr,təchizat zəncirləri pozulmuş,habelə təbii ehtiyatlar qanunsuz istismar və talan edilmişdir.Hələ 2019-cu ildə aparılmış hesablamalara görə 900 yaşayış məntəqəsi,150 000 ev,7093 ictimai obyekt,o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası,521 səhiyyə müəssisəsi,4 sanatoriya və müalicə müəssisəsi,927 kitabxana,706 tarixi abidə,22 muzey,100 000-dən çox muzey eksponatı,12 dövlət arxivi və 401 000 dövlət arxiv sənədi məhv edilmiş,qarət və talan edilmişdir.2020-ci ilin  sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə,fərq qoymadan etdiyi hücumlarda 4300-dən çox fərdi ev və yaşayış binası və 548 digər mülki obyekt dağıdılmış və yaxud ziyan görmüşdür. 2000 km uzunluğunda qaz kəməri,34 qaz paylayıcı qurğu,76 940 km elektrik xətti və 7586 km su kəməri,598 rabitə qovşağı,3052 km rabitə xətti,28 980 km kabel-kanalizasiya qurğusu və 325,8 km dəmir yolu dağıdılmış,qarət və talan edilmişdir.Azərbaycanın işğala məruz qalmış ərazilərində mineral sudoldurma zavodları (Kəlbəcər rayonundakı Turşsu və İstisu zavodları),Qarabağ və Ağdam mərmər zavodları,daş kəsmə zavodları,məşhur və yüksək keyfiyyətli Ağdam şərabları və digər şərab məhsullarını istehsal edən zavodlar mövcud olmuşdur.Azərbaycanının işğala məruz qalmış ərazilərində südçülük, toxuculuq,ayaqqabı fabriki,Qarabağ ipək kompleksi və digər müəssisələr fəaliyyət göstərirdi. Bakıda yerləşən şirkətlərin 50-dən çox filialı və 300-dən çox sənaye və tikinti müəssisəsi Azərbaycanın işğala məruz qalmış hissəsində qalmışdır.Azərbaycan həmişə ölkə əhalisinin ərzaq təminatında üstünlük təşkil edən üzüm,buğda və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə tanınıb.Təcavüzdən öncə,Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%,üzümün 31,5%,ətin 14,5%,südün 17,1%,yunun 19,3% və baramanın 17% Ermənistanın işğalına məruz qalmış Azərbaycan ərazilərinin payına düşürdü (185 000 hektar əkin yerləri və 645 000 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri işğal altında qalmışdır).300-dən çox kənd təsərrüfatı müəssisəsi,tanınmış Qarabağ damazlıq atlarını yetişdirən Ağdam at fermaları, yüzlərlə digər kollektiv və təsərrüfatlararası müəssisə, 7000-dən çox hidravlik nasos,40 nasos stansiyası,30-dan çox suvarma sistemi və 1200 km təsərrüfatlararası suvarma kanalları məhv edilmişdir.

Azərbaycan hər zaman sülhün tərəfdarı olsa da,işğalçı Ermənistan  status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu.Bu azmış kimi dəfələrlə törətdikləri təxribatlar nəticəsində həm hərbçilərimiz,həm də dinc əhalimiz şəhid olurdu və ya ağır yaralanırdılar.Bütün bunlara baxmayaraq,Azərbaycan Prezidenti deyirdi ki,sülh yolu ilə məsələ həll olunmasa,biz müharibə yolu ilə münaqişəni həll edəcəyik.Buna görə də dövlət başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı,güclü iqtisadiyyata,qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı.Prezident İlham Əliyevin xüsusi nəzarəti və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan,ilk növbədə,ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin,səmərəli və məqsədyönlü iş aparıldı.Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının,istər hərbi hava qüvvələrinin,istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı.Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi,döyüş qabiliyyətini artırması idi.

2020-ci il sentyabrın 27-də isə Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı,11 dinc sakinin,o cümlədən 2 uşağın ölümünə səbəb oldu.Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi - "dəmir yumruq" əməliyyatı başladı.Xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti milli həmrəyliyin təntənəsi oldu.Cənab İlham Əliyevin xalqa müraciətindəki mətinlik,qətiyyət onu göstərdi ki,qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir.Xalq isə hər zaman olduğu kimi,öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi.Ali Baş Komandan İlham Əliyev əsl diplomatik məharətini nümayiş etdirərək bir daha dünyaya səs saldı.Azərbaycan Prezidenti müharibə günlərində verdiyi müsahibələr kontekstində Ermənistana, onun havadarlarına və dünya erməniliyinə informasiya savaşında da qalib gəldi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi.Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini,müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı.Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.Qardaş Türkiyə və Pakistanın sərgilədiyi mövqeni xalqımız heç zaman unutmayacaq.Məhz bu dost ölkələrin Azərbaycana göstərdikləri mənəvi dəstəyin nəticəsi idi ki,Azərbaycanın hər yerində 3 dost ölkənin dövlət bayraqları birlikdə dalğalanırdı."Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü.Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlatdığı hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi.Əməliyyatlar başlanandan cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi,vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu,Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü "dəmir yumruq" kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı.Sərkərdənin diplomatik məharətinin nəticəsində Ermənistan onilliklərlə möhkəmləndiyi,"keçilməz" istehkamlar qurduğu Ağdamı,Laçını,Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı.Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.Tarixi Qələbə təkcə torpaqların geri qaytarılması deyil,ilk növbədə, məğlub xalq sindromundan qurtulma,milli ləyaqətimizin bərpa olunması, Müzəffər Xalq, Qalib Dövlət deməkdir.Heydər Əliyev Fondunun işğaldan qurtulmuş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyası xüsusi vurğulanmalıdır.Birinci vitse-prezident,fondun rəhbəri Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan,dağıdılan, məhv edilən,təhqir olunan,murdarlanan dini abidələrimizin,məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb.Minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin,məscidlərimizin bərpasına həsr olunub.Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir.Fondun tarixi,mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur.Bu gün isə qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin,məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası onilliklərə bərabərdir .İki il öncə təsəvvür belə edə bilməzdik ki, cəmi bir neçə aya Qarabağ və Şərqi Zəngəzur möhtəşəm tikinti meydanına çevrilərək qələbəmizi və dövlətimizin gücünü bütün dünyaya bəyan edəcək.

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü