04 oktyabr 2022 15:44
320

Ukraynanın iki vilayətində daha 6 kənd azad edilib

Oktyabrın 4-də günorta saatlarında Ukrayna bayrağı Xarkov vilayətinin 3, Xerson vilayətinin 3 kəndində dalğalanıb.

“İki sahil” UNIAN-a istinadən xəbər verir ki, ərazilərin azad edilməsi əməliyyatında Ukrayna Silahlı Qüvvələri və yerli müdafiəçilər iştirak ediblər.

Məlumata görə, Xarkovun Boquslavka, Borovaya, Borovskaya Andreyevka, Xerson vilayətinin Novopetrovka, Strosel, Davidov Brod kəndləri oktyabrın 4-ü günorta saatlarında təmizlənib.