04 oktyabr 2022 17:10
323

Prokurorluq Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb

Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 01-02 oktyabr 2022-ci il tarixlərdə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Baş Prokurorluqdan “İki sahil”ə verilən məlumata görə, həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.
Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.