04 oktyabr 2022 17:30
383

Oruc tutduqları gün "Yuventus"la oyuna çıxacaqlar

"Makkabi"nin (Hayfa, İsrail) bəzi futbolçuları Çempionlar Liqasınnı qrup mərhələsinin 3-cü turunda "Yuventus"la oyun günü oruc tutacaqlar.

"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, bu günlərdə yəhudilər Yom Kippur bayramını qeyd edirlər, bu zaman insanlar gün boyu oruc tuturlar. Oruc Turində keçiriləcək "Yuventus"la matçın başlamasına az qalmış bitəcək.

Bu vəziyyətə görə "Makkabi"nin əməkdaşları oruc tutan futbolçular üçün xüsusi menyu hazırlayıblar. Bu barədə Hayfa klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, sabah keçiriləcək "Yuventus" - "Makkabi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.