Bolqarıstanın energetika naziri Rozen Xristov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Balkan regionu üzrə icraçı direktoru Murad Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"İki sahil" bu barədə Bolqarıstan Energetika Nazirliyinə istinadən məlumat verir.
Görüş zamanı müxtəlif əməkdaşlıq imkanları, qaz və elektrik enerjisi sferalarında qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub. SOCAR nümayəndələri Bolqarısrtan tərəfi ilə bir çox məsələlərdə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
Tərəflər, həmçinin Bolqarıstanda SOCAR-ın ofisinin açılması fikrini müzakirə edib.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb