Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Kürəkçay qəsəbəsində vətəndaşlarla görüş keçirib. Görüşdə rayon ağsaqqalları və ziyalıları iştirak edib.
“İki sahil” xəbər verir ki, millət vəkili Anar Məmmədov vətəndaşları fərdi formada dinləyərək, onların müxtəlif mövzular üzrə səsləndirdiyi problemləri qeydiyyata götürüb.
Deputat qərargahından verilən məlumata görə, görüş zamanı qəbul iştirakçıları tərəfindən dilə gətirilən əsas problemlər sırasında vətəndaşların işlə təmin olunması, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri və s. bu kimi məsələlər başlıca yer almışdır. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, digər müraciətlər isə həll edilməsi məqsədilə aidiyyəti qurumlara yönləndirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib