“Tərtərdə, Füzulidə və Xocavənddə baş verən son hadisələr zamanı mülki şəxslərin faciəli şəkildə həlak olması Ermənistanın Azərbaycan ərazilərində minalar yerləşdirməsinin nəticəsidir”.
Bunu “İki sahil"ə açıqlamasında ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
O deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi ilə bağlı bütün dünyanı məlumatlandırmaq üçün hökumət səmərəli dövlət siyasəti aparır.
Ekspert beynəlxalq ictimaiyyətin Ermənistanı minaların dəqiq xəritələrini paylaşmağa məcbur etməyə diqqət yetirmədiyini vurğulayıb: “Beynəlxalq ictimaiyyətin əsas üzvləri təəssüf ki, regional təhlükəsizliklə bağlı bu mühüm məsələyə töhfə vermək üçün Ermənistan hökumətinə təzyiq etməkdən çəkinir".
Xatırladaq ki, Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndində təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlaması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Oktyabrın 1-də Tərtər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 2 nəfər ağır yaralanıb. Oktyabrın 2-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində daha 1 nəfər xəsarət alıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib