Tbilisidə səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
"İki sahil" xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, o cümlədən nəqliyyat və enerji sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Söhbət zamanı Gürcüstanın Azərbaycanla enerji təhlükəsizliyi istiqamətində regional əməkdaşlığı dərinləşdirməyə hazır olduğu vurğulanıb.
Etibarlı tranzit tərəfdaşı kimi Gürcüstanın bundan sonra da nəqliyyat layihələrinin həyata keçirilməsinə və inkişafına mühüm töhfə verəcəyi ifadə edilib. Bu strateji layihələrin həyata keçirilməsinin Xəzər və Qara dənizlər vasitəsilə Asiyadan Avropaya yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracağı vurğulanıb.
Gürcüstanın Baş naziri Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib