İsveçin xarici işlər naziri Ann Linde Praqada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini alqışlayıb.
"İki sahil" xəbər verir ki, İsveç XİN-in rəhbəri, iki ölkə liderləri arasında bu görüşün keçirilməsində Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərini xüsusi qeyd edib.
Əldə olunmuş razılaşmaların vacibliyini vurğulayan xanım Linde deyib ki, sülh razılaşmasına nail olmaq üçün BMT Nizamnaməsinə uyğun olaraq işin irəlilədilməsinə dair hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi qədər vacibdir.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib