Prezident İlham Əliyev Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.
Sərəncamla memarlıq sənətinin təşəkkülündə mühüm xidmətləri olan görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə qərara alınır:
- Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılsın.
- Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib