08 oktyabr 2022 20:14
523

Ceyhun Bayramov: Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir

Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.

“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.