"Biz Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasının işə salınmasını alqışlayırıq. EaP Trade Helpdesk platformasından istifadə Azərbaycanın istifadə olunmamış ixrac potensialının açılmasında mühüm rol oynayır".
“İki sahil” xəbər verir ki, bunu Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasının təqdimat mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Müvəqqəti işlər vəkili Crtomir-Peter Fisinger deyib.
O bildirib ki, bu, siyasətçilərə və bizneslərə, o cümlədən KOM-lara Aİ və Azərbaycan arasında güclü tərəfdaşlıq çərçivəsində ŞT regionunda və Aİ-də ticarət üçün yeni bazarları və məhsulları düzgün planlaşdırmağa və müəyyən etməyə kömək edəcək.
Fisinger əlavə edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 45%-i, o cümlədən ixrac məhsullarının yarıdan çoxu Avropa ilə bağlıdır, o cümlədən Azərbaycan Avropa üçün fındığın əsas ixracatçısıdır. Sözügesən platforma bu baxımdan əlaqələrin daha da güclənməsinə şərait yaradacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib