"Azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya işləri həyata keçirilir. Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan qalib ölkə olaraq qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib”.
“İki sahil” xəbər verir ki, bunu Stajçı-Attaşelər üçün ADA Universitetində keçirilən Xarici Siyasət Proqramı (AFSP – Advanced Foreign Service Program) təliminin açılışında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, Azərbaycan müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Ermənistanın destruktiv mövqeyi, Azərbaycana qarşı qarayaxma kampaniyaları münasibətlərin normallaşmasına maneələr törədir”.
Elnur Məmmədov qeyd edib ki, Azərbaycan 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə davam edir.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib