Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistana dialoqla bağlı çağırış edib.
“İki sahil” xəbər verir ki, bu gün Strasburqda AŞPA-nın payız sessiyasında çıxış edən Tini Koks Azərbaycan və Ermənistandan olan parlamentariləri Assembleyadan forum kimi faydalanmağa çağırıb.
O, parlamentariləri eyni zamanda, çətin və həssas məsələlərdə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq qurmağa çağırıb.
Qeyd edək ki, bu gün AŞPA-nın payız sessiyasının ilk günündə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlarla bağlı məsələsinin müzakirə olunması qərarlaşdırılıb. Məsələ bu gün sessiyanın ikinci hissəsində Fransa vaxtı ilə təxminən 16:00 radələrində müzakirə olunacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib