10 oktyabr 2022 14:22
568

Kiyevdə xəsarət almış vətəndaş və soydaşlarımız barədə məlumat daxil olmayıb - Səfirlik

Kiyevdə xəsarət almış vətəndaş və soydaşlarımız barədə səfirliyə məlumat daxil olmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, səfirliyin binasına hər hansı zərbə dəyməyib.