Milli Məclisin deputatları Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, deputatlar İsa Həbibbəyli, Nizami Cəfərov və Əziz Ələkbərov Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak etmək üçün Türkiyənin Ərzincan şəhərində səfərdədirlər.
Beynəlxalq simpozium Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırımın və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə gerçəkləşir.
Deputatlarımız simpoziumun tədbirlərinə qatılacaq və müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.
Simpoziumun əsas məqsədi bir çox sahələrdə elmi tədqiqatlar üçün türk dünyasının ortaq platformasını yaratmaqdır.
Səfər oktyabrın 13-də başa çatacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib