10 oktyabr 2022 18:01
642

AAYDA-nın strukturu genişləndirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu genişləndirilib.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan publik hüquqi şəxslər qurumun strukturuna daxil edilib.