"Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Bu, Azərbaycana qarşı olan təxribat xarakterli videoların yayılmasında, ölkənin xarici ölkələrdəki səfirliklərinə hücumlarda özünü göstərir".
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün işə başlayan payız sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan sülh danışıqlarını bundan sonra da davam etdirəcək: "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə basdırılmış minaların xəritəsi Azərbaycana verilməlidir. Azərbaycan prokurorluğunda erməni əsgərlərinə qarşı əməllərə dair şikayətləri araşdırmaq məqsədilə istintaq başlayıb. Lakin Ermənistan tərəfindən belə bir istintaqa heç başlanılmayıb. Azərbaycan sülh tərəfdarıdır və buna nail olmaq üçün səylərini davam etdirəcək".
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib