Bu vaxtadək heç kim Ermənistanın Gəncə şəhərini atəşə tutaraq törətdiyi müharibə cinayətinə görə məsuliyyətə cəlb edilməyib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter“ paylaşımında qeyd edib.
O, bu müharibə cinayətini törədənlərin ədalət qarşısına çıxarılmalı olduqlarını vurğulayıb. “Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə 10 nəfərin qətlə yetirilməsi və 40 nəfərin yaralanması ilə nəticələnmiş qəddar hücumunun ikinci ildönümüdür. Bu vaxtadək heç kəs bu müharibə cinayətinə görə məsuliyyətə cəlb edilməyib. Bu cinayəti törədənlər ədalət qarşısına çıxarılmalıdırlar”, - Leyla Abdullayeva qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib