“Azərbaycanın Qarabağ zəfərindən sonra önəmli bir fürsət ortaya çıxdı. Türkiyə münasibətlərin normallaşdırılması mövzusunda da səmimidir”.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TVNET kanalına müsahibəsində bildirib.
O, indiki vəziyyətdə Cənubi Qafqazda stabilliyin son dərəcə vacib olduğunu qeyd edib.
“Amma təbii ki, Ermənistanın yaşadığı travmaları var. Biz 30 il ərazində işğal etdiyi torpaqlara öz torpaqları hesab edən ölkə və millətdən danışırıq. Bu savaş artıq bitdi, bundan sonra Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir, amma sülhü istəməyənlərin səsi daha çox çıxır. Ermənistan anlamalıdır ki, burada qalıcı sülh üçün addımlar atmaq lazımdır”.
O əlavə edib ki, son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib: "Azərbaycan ilə Ermənistanın qalıcı sülh sazişi imzalamalıdır. 5 əsas prinsip ətrafında anlaşma var, bunu həyata keçirmək lazımdır".
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib