Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qırğız Respublikasına dövlət səfəri başlayıb.
"İki sahil” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsi “Manas” Beynəlxalq Hava Limanına enib.
Hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb.
Dövlət səfəri çərçivəsində dövlət başçıları ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.
Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulub.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib