11 oktyabr 2022 13:48
527

Aİ bu gün Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə dair qərar verəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi sabah müzakirə olunacaq.

“İki sahil” xəbər verir ki,  bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.

“Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir. Sabah bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”, - Klaar bildirib.