Qırğızıstana hazırkı səfərim böyük əhəmiyyət kəsb edir. Bu mənim Qırğızıstana ilk rəsmi dövlət səfərimdir. Bundan öncə iki dəfə beynəlxalq tədbirlər çərçivəsində burada səfərdə olmuşam. Qırğızıstan Prezidentinin də dediyi kimi, cəmi yarım il əvvəl o, Bakıda səfərdə olub. Bu gün isə mən buradayam.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Qırğızıstan dövlət başçısı Sadır Japarovla mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.
“Bu ondan xəbər verir ki, biz nəzərdə tutulmuş işləri daha tez reallaşdırmaq niyyətindəyik. Ümumiyyətlə, cavab səfərləri bir ildən az müddətdə baş vermir. Bu onun göstəricisidir ki, biz nəticəyə köklənmişik”, - Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Prezidenti böyük məmnuniyyətlə qeyd edib ki, Bakı görüşündə əldə olunmuş razılaşmaların bir hissəsi artıq reallaşdırılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib