Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə hörmətə görə Sizə xüsusi təşəkkür bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında deyib.
Qırğızıstanda Qırğız-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin açılacağını qeyd edən dövlət başçısı bildirib ki, əməkdaşlığımızın bütün bu əlamətdar məqamları Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və münasibətlərin qardaş xarakterini ifadə edir.
Azərbaycan Prezidenti ölkələrimizin bundan sonra da səmərəli əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib