“Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlanılması və bu dəmir yolunun istimara verilməsi ilə ticarət dövriyyəsini artırmaq imkanları yaranacaq”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasının yekunlarına dair deyib.
“Deməliyəm ki, Azərbaycanın iki peyki – “Azersky” və “AZERSPACE-1” bir müddətdir qızğızıstanlı tərəfdaşlarımıza xidmət göstərir. Bu sahədə gələcək əməkdaşlığın yollarını müəyyən etmişik. Nəqliyyat və logistika sektorunda Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlanılması və bu dəmir yolunun istismara verilməsi ilə ticarət dövriyyəsini artırmaq və yüklərin daşınması xərclərini azaltmaq imkanları yaranacaq”, - dövlət başçısı vurğulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib