"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstana səfəri türkdilli ölkələr arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir".
“İki sahil” xəbər verir ki, bu fikirləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
O bildirib ki, bu səfərlər ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi əlaqələrin perspektivlərini daha da artıracaq, münasibətləri yeni inkişaf mərhələsinə çıxaracaq: "Eyni zamanda, bu səfərlər xalqlarımız arasında birliyin yaranmasına, dərinləşməsinə ciddi töhfə verəcək.
Ümumiyyətlə, türk dünyasının birliyində, türkdilli ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafında Prezident İlham Əliyevin rolu böyükdür və bu müstəsna xidmət tarixi missiya daşıyır. Bu gün Azərbaycan dövləti həm Qərblə, həm də Asiya ilə çoxşaxəli əlaqələr yaradır. Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasəti, xüsusi ustalıqla müəyyən etdiyi diplomatik gedişləri ölkəmizə bütün müstəvilərdə uğurlar qazandırır. Azərbaycan Avropanı fəth edir, dünyanın əvəzedilməz enerji təminatçısı kimi önə çıxır. Ölkəmizə, onun liderinə dünya miqyasında hörmət və ehtiram artır, güvən formalaşır".
S.Kərimli həmçinin qeyd edib ki, bununla paralel olaraq Asiya ölkələri, məxsusi olaraq türkdilli dövlətlərlə də sıx əməkdaşlıqlar qurulur: "Dövlət başçımızın son səfərləri, burada keçirdiyi görüşlər, səsləndirilən bəyanatlar, əldə edilən razılaşmalar deməyə əsas verir ki, bu istiqamətdə də əlaqələr zirvəyə qalxacaq. Prezident İlham Əliyevin türkdilli ölkələr arasında olan böyük nüfuzu, qətiyyətli liderliyi əlaqələrə daha böyük təkan verir.
Ölkələrimiz arasında ticari əlaqələrin də möhkəmlənməsinə, idxal-ixrac əməliyyatlarının artırılmasına böyük ehtiyac var. Məlumdur ki, bu gün Azərbaycan bölgədə nəqliyyat habına çevrilib. Hədəfimiz bu imkanları daha da şaxələndirmək, regionda iqtisadi fəallığı artırmaqdır. Azərbaycan dövlətinin müəyyən etdiyi və uğurla reallaşdırdığı bu siyasi kurs gələcəyə böyük ümidlər yaradır".
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib