Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyana istinadla məlumat yayıb.
Mətbuat katibi Ermənistan XİN başçısı Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-14-də Astanada səfərdə olacağını bildirib.
“Astanada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, - o əlavə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib